Hücumçu Qaret Beyl karyerasını “Milan”da davam etdirə bilər

A- A A+

Hücumçu Qaret Beyl karyerasını “Milan”da davam etdirə bilər.

NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-lərə istinadla xəbər verir ki, “Milan”ın nümayəndəsi Paolo Maldini “Real Madrid”in hücumçusu Qaret Beylin agenti ilə danışıb, futbolçunun gələcəyini müzakirə edib.

Otuz iki yaşlı futbolçunun “Real”la müqaviləsi mövsümün sonunda başa çatır və “Madrid” klubu hələ ki, müqavilənin uzadılması barədə açıqlama verməyib.

Q.Beyl bu mövsüm “Real Madrid”in heyətində beş oyuna çıxıb və bir qol vurub. Onun klubla müqaviləsi 2022-ci il iyunun 30-dəkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: