Qadın güləşçimiz Elis Manolova Avropa çempionatının finalına yüksəlib

A- A A+

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə Avropa çempionatı davam edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yarışın dördüncü günündə - martın 31-də təmsilçimiz Elis Manolova (65 kq) mübarizəyə qoşulub. B qrupunda yer alan güləşçimiz ilk görüşündə Avropa ikincisi Tatyana Rijkoya (Ukrayna) məğlub olub - 0:7. Güləşçimiz qrupda sonuncu görüşünü estoniyalı Viktoriya Essoya qarşı keçirib və rəqibinə 6:3 hesabı ilə qalib gəlib. Qrupda ikinci yeri tutan E.Manolova yarımfinala yüksəlib.

Millimizin üzvü 2019-cu ildə Avropa çempionatının finalında məğlub etdiyi Krişta İnçe (Rumıniya) ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə 2:1 hesabı ilə qalib gələn E.Manolova dördüncü dəfə Avropa çempionatının finalına yüksəlib. Güləşçimiz qızıl medal uğrunda ukraynalı Tatyana Rijkoyla mübarizə aparacaq.

Qeyd edək ki, final aprelin 1-də axşam seansında keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: