"Mançester Yunayted" portuqaliyalı futbolçu ilə müqaviləni uzadıb

A- A A+

Portuqaliya millisinin futbolçusu Brunu Fernandeş İngiltərənin "Mançester Yunayted" klubu ilə müqaviləsini uzadıb.

NUHÇIXAN İnformasiya Agentliyi Mançester təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi ilə 2026-cı ilin yayınadək sözləşmə imzalanıb.

Yerli mətbuat bundan sonra təcrübəli oyunçunun illik gəlirinin təqribən 14-15 milyon avro təşkil edəcəyini yazıb.

Qeyd edək ki, Brunu Fernandeş "Mançester Yunayted"də 2020-ci ildən çıxış edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: