Avropa çempionatı: Azərbaycanın 4 güləşçisi yarımfinalda, 2-si erməni ilə qarşılaşacaq

A- A A+

Azərbaycanın daha 2 yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, mübarizəyə 1/4 finaldan başlayan 55 kq çəki dərəcəsindəki Eldəniz Əzizli Denis Mihaya (Rumıniya) qalib gələrək növbəti mərhələyə adlayıb. Onun yarımfinaldakı rəqibi Rudik Mkrtçyan (Ermənistan) olacaq.

87 kq-dakı İslam Abbasov əvvəlcə Matey Mandiçi (Xorvatiya), ardınca isə Zurab Datunaşvilini (Serbiya) məğlub edərək, yarımfinala vəsiqə qazanıb. Abbasov bu raundda Niku Samuel Ojoqla (Rumıniya) qarşılaşacaq.

77 kq-da yer alan Sənan Süleymanov 1/8 finalda İlye Kojokari (Rumıniya) üzərində qələbə qazansa da, növbəti raundda Malkhas Amoyana (Ermənistan) uduzub.

Beləliklə, bu gün mübarizəyə başlayan 5 yunan-Roma güləşçisindən 4-ü yarımfinala adlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: