Azərbaycanın daha bir yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında Ermənistan təmsilçisinə qalib gəlib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, 63 kq-da çıxış edən Taleh Məmmədov yarımfinalda Hraçya Poqosyanı məğlub edərək adını finala yazdırıb.
O, ilk hissədən sonra hesabda geri düşsə də, əzmkarlıq nümayiş etdirərək, yekunda qələbə qazanıb - 3:1.
Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
55 kq-da mübarizə aparan idmançı Ermənistan təmsilçisi Rudik Mkrtçyanla qarşılaşıb.
Rəqibinə 7:3 hesabı ilə qalib gələn Əzizli 4 illik fasilədən sonra finala vəsiqə qazanıb.