Azərbaycan gimnastı Nikita Simonov idman gimnastikası üzrə dünya kuboku yarışlarında bürünc medal qazanıb
Azərbaycan gimnastı Nikita Simonov Bakıda keçirilən idman gimnastikası üzrə dünya kuboku yarışlarında bürünc medal qazanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, kişi gimnastlar arasında halqalar üzrə final mərhələsində çıxış edən təmsilçimiz hakimlərdən 14,500 xal alıb.
Yarışın qalibi 14,800 xalla italiyalı Mareska Salvatore olub. Türkiyəli İbrahim Çolak 14,766 xalla turniri ikinci pillədə başa vurub.
Ölkəmizin gimnastika növləri üzrə bu il təşkil etdiyi dördüncü beynəlxalq yarışda 34 ölkədən 145 idmançı qüvvəsini sınayır.
Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.