Kərim Benzema "Real Madrid"in tarixinə düşüb

A- A A+

Kərim Benzema İspaniyanın "Real Madrid" klubunun tarixinə düşüb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, "Selta" ilə XXX tur oyununda dubla imza atan 35 yaşlı hücumçu Madrid təmsilçisində La Liqadakı qollarının sayını 216-ya çatdırıb.

Beləliklə, Benzema "kral klubu"nun əfsanəvi oyunçusu Alfredo Di Stefanoya çatıb.

"Real Madrid"də La Liqadakı qol sayına görə rekord Kriştianu Ronalduya məxsusdur. Hazırda İngiltərə "Mançester Yunayted"ində çıxış edən hücumçu 312 dəfə fərqlənib. İkinci sırada isə Raul Qonsales (228 qol) qərarlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: