Aprelin 3-də futbol üzrə Türkiyə Super Liqasında XXXI turun mərkəzi görüşü "Trabzonspor" və "Beşiktaş" komandaları arasında keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, "Şenol Güneş" stadionunda təşkil olunmuş qarşılaşma heç-heçə ilə yekunlaşıb - 1:1.
Matçın 56-cı dəqiqəsində meydan sahiblərindən Andreas Kornelius hesabı açıb. Qarşılaşmanın 68-ci dəqiqəsində Mişi Batşuayi penaltini dəqiq yerinə yetirə bilməsə də, 71-ci dəqiqədə komanda yoldaşı Valentin Rozye bərabərliyi təmin edib. Görüşün 80-ci dəqiqəsində isə Kayl Larin qırmızı vərəqə alaraq, qonaqları azlıqda qoyub.
Bununla da xallarını 71-ə çatdıran "Trabzonspor" birinci, 47 xala malik "Beşiktaş" 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, bu, "Beşiktaş"ın yeni baş məşqçi Valerien İsmaelin rəhbərliyi altında ilk matçı olub.