İtaliya A Seriyası: “İnter” səfərdə “Yuventus”u məğlub edib

A- A A+

Aprelin 3-də futbol üzrə İtaliya A Seriyasının 30-cu turunun mərkəzi qarşılaşması keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, "Allianz" stadionunda baş tutan görüşdə iki əzəli rəqib - "Yuventus" və "İnter" komandaları üz-üzə gəlib. Gərgin keçən görüşdə qonaqlar minimal hesabla qalib gəlib - 1:0. Oyunda yeganə qolun müəllifi matçın 45-ci dəqiqədə penalti zərbəsindən sonra Hakan Çalxanoğlu olub.

Bu qələbə sayəsində "İnter" xal ehtiyatını 63-ə çatdıraraq turnir cədvəlində üçüncü yerdəki yerini möhkəmlədib. "Yuventus" isə 59 xalla dördüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, 66 xala malik "Milan və "Napoli" birinci və ikinci yerləri bölüşür. Milanlılar bir oyun az keçirib və növbəti oyununu aprelin 4-də öz meydanında "Bolonya" komandasını qəbul edəcək.

Turun bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

"Fiorentino" - "Empoli" - 1:0;

"Atalanta" - "Napoli" - 1:3;

"Udineze" - "Kalyari" - 5:1;

"Sampdoriya" - "Roma" - 0:1;

"Spezia" - "Venesiya" - 1:0;

"Latsio" - "Sassuolo" - 2:1;

"Salernitana" - "Torino" - 0:1.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: