Tanınmış mütəxəssis Ronald Kuman gələn il futbol üzrə Niderland millisinin baş məşqçisi postunda Lui van Qalı əvəz edəcək.
NUHÇIXAN İnformasiya Agentliyi “De Teleqraaf” agentliyinə istinadla xəbər verir ki, 59 yaşlı çalışdırıcı 2023-cü il yanvarın 1-dən yenidən Niderland millisinə rəhbərlik edəcək. O, 2022-ci ildə keçiriləcək dünya çempionatından sonra millidə fəaliyyətə başlayacaq.
Xatırladaq ki, R.Kuman 2018-2020-ci illərdə Niderland millisini, daha sonra “Barselona”nı çalışdırıb.