Yeniyetmə cüdoçumuz Nahid Tarquliyev Asiya kuboku yarışının finalına vəsiqə qazanıb

A- A A+

Özbəkistanın paytaxtı Daşkənddə yeniyetmələr arasında cüdo üzrə Asiya kuboku yarışı davam edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yarışda Azərbaycan komandası da iştirak edir. Cüdoçularımızdan Nahid Tarquliyev (73 kq) yarımfinalda gürcüstanlı Giorgi Mışvelidzeni məğlub edərək finala vəsiqə qazanıb.

Qeyd edək ki, turnirin sonuncu yarış günündə qızlar arasında 63, 70, +70, oğlanlar arasında isə 66, 73, 81, 90 və +90 kiloqram çəki dərəcələrində medallar uğrunda mübarizə aparırlar.

Azərbaycanın 22 cüdoçu ilə təmsil olunduğu turnirdə 6 ölkədən 314 idmançı mübarizə aparır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: