Bu gün futbol üzrə UEFA Konfrans Liqasının 2021-2022-ci il mövsümünün dörddəbir final mərhələsinin ilk oyunlarına start veriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mərhələnin bütün oyunları bir gündə baş tutacaq.
Bu mərhələnin açılış matçında Çexiyanın "Slaviya Praqa" klubu Niderlandda "Feyenoord"la üz-üzə gələcək. Niderlandın digər təmsilçisi PSV isə İngiltərədə "Lester"in qonağı olacaq.
Turnirin pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran Fransanın "Marsel" klubu Yunanıstanın PAOK komandasını qəbul edəcək. İtaliyanın "Roma" klubu isə Norveçdə "Budyo Qlimt"lə münasibətlərinə aydınlıq gətirəcək.
Mərhələnin bütün görüşləri aşağıdakılardır:
"Feyenoord" (Niderland) - "Slaviya Praqa" (Çexiya);
"Marsel" (Fransa) - PAOK (Yunanıstan);
"Lester" (İngiltərə) - PSV (Niderland);
"Budyo Qlimt" (Norveç) - "Roma" (İtaliya).
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşmaları aprelin 14-də olacaq.