"Fənərbağça" - "Qalatasaray" oyunu FIFA referisinə tapşırılmayıb

A- A A+

Futbol üzrə Türkiyə Super Liqasının XXXII turunda "Fənərbağça" və "Qalatasaray" komandaları arasında oynanılacaq derbinin təyinatları açıqlanıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, qarşılaşmanı milli dərəcəli referi Atilla Karaoğlanın başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

36 yaşlı referiyə laynsmanlar qismində Kerem Ersoy ve Aleks Taşcıoğlu köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Onur Özütoprak yerinə yetirəcək.

Qeyd edək ki, aprelin 10-də keçiriləcək "Fənarbağça" - "Qalatasaray" görüşü Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: