UEFA İcraiyyə Komitəsi maliyyə fair-play qaydalarına dəyişikliyi təsdiqləyib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yeniliyə əsasən, gələcəkdə klublar transferlərə, maaşlara və məsləhət haqlarına ümumi gəlirin maksimum 70 faizini xərcləyə biləcəklər.
Qiymətləndirmələr vaxtında aparılacaq və pozuntulara görə əvvəlcədən müəyyən edilmiş maliyyə sanksiyaları tətbiq olunacaq.
Yeni qayda 2022-ci ilin iyununda qüvvəyə minəcək. Klublara uyğunlaşmağa lazımi vaxt vermək üçün dəyişiklik üç il ərzində mərhələli şəkildə həyata keçiriləcək.
Dəyişikliklə bağlı fikirlərini bölüşən UEFA prezidenti Aleksander Çeferin bu sahədə islahatlara ehtiyac olduğunu vurğulayıb: "Futbol sənayesi dəyişib. Yeni qaydalar bizə oyunu qorumağa kömək edəcək".