Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov "Norway Chess" turnirində çıxış edəcəklər

A- A A+

Mayın 31-də Norveçin Stavanger şəhərində "Norway Chess" turniri start götürəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yarışda qrosmeysterlərimiz Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov da iştirak edəcəklər.

Şahmatçılarımızla yanaşı, turnirə norveçli dünya çempionu Maqnus Karlsen, macarıstanlı Riçard Rapport, ABŞ nümayəndəsi Uesli So, niderlandlı Aniş Giri, hindistanlı Vişvanatan Anand, fransalı Maksim Vaşye-Laqrav, bolqarıstanlı Veselin Topalov və çinli Van Hao da qatılacaqlar.

Turnir iyunun 10-dək davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: