“Xilə” futzal klubu Azərbaycan Yüksək Liqasından kənarlaşdırılıb

A- A A+

“Xilə” komandası futzal üzrə Azərbaycan Yüksək Liqasından kənarlaşdırılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə qərarı AFFA İntizam Komitəsi verib.

Buna yarışın XVII turu çərçivəsində komandanın EKOL ilə matça gəlməməsi səbəb olub. Ancaq “Xilə” 0:5 hesablı texniki məğlubiyyətlə canını qurtara bilməyib. Komanda üzrlü səbəb olmadan üçüncü dəfə qarşılaşmaya gəlmədiyi üçün yarışdan xaric olunub.

“Xilə” çempionat oyunlarının 50 faizini keçirdiyi üçün bütün qalan oyunlarda ona 0:5 hesabı ilə məğlubiyyət verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: