Avropanın top komandalarının aprel ayı üçün reytinq cədvəli açıqlanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, cədvəldə qitənin 450 ən yaxşı klubu yer alıb.
Azərbaycan siyahıda üç komanda ilə təmsil olunub. Ən yaxşı təmsilçimiz “Qarabağ”dır. Ağdam təmsilçisi 213 xalla Avropada 86-cı pillədə yer alıb. Baş məşqçi Qurban Qurbanovun yetirmələri ötən cədvəldəki mövqeyini qoruyub.
“Neftçi” 30 xalla 244-cü sırada qərarlaşıb. On xal geriləyən “Qəbələ” 291-cidir.