Aprelin 9-da futbol üzrə İngiltərə Premyer Liqasının 31-ci turunun oyunlarına start verilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turun açılış matçında "Mançester Yunayted" səfərdə "Everton" komandasının qonağı olub.
Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Oyunda yeganə qolun müəllifi 27-ci dəqiqədə Entoni Qordon olub.
Bu qələbə sayəsində "Everton" xal ehtiyatını 51-ə çatdıraraq turnir cədvəlində 17-ci, "Mançester Yunayted" isə 51 xalla 7-ci yerdə qərarlaşıb.
Günün ən məhsuldar görüşü "Southemton" və "Çelsi" komandaları arasında qeydə alınıb. London təmsilçisi səfərdə rəqibinə altı cavabsız qolla qalib gəlib. "Çelsi"nin heyətində Meyson Mount və Timo Verner dublu ilə yadda qalıb. Digər qolları Markos Alonso və Kay Haverts vurub. "Çelsi" 62 xalla üçüncü, "Southemton" isə 36 xalla 13-cü yerdədir.
Turun digər görüşlərində "Arsenal" öz meydanında "Brayton"a (1:2), "Uotford" isə "Lids Yunayted"ə (0:3) məğlub olub. Dördüncü pillədə qərarlaşan "Tottenhem" isə səfərdə "Aston Villa"nı darmadağın edib - 0:4.