“Barselona” futbol klubu məğlubiyyətsizlik seriyasını 15 matça çatdırıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Kataloniya klubu La Liqanın 31-ci turunda səfərdə "Levante"yə 3:2 hesabı ilə qalib gəlib.
Xavinin komandası bütün yarışlarda ardıcıl 15 oyundur məğlub olmur.
Bu müddətdə komanda 11 qələbə qazanıb və 4 dəfə heç-heçə edib. İspaniya çempionatında qələbə seriyası 7 matçdır.
“Barselona” növbəti oyununu aprelin 14-də keçirəcək. Avropa Liqasının dörddəbir final mərhələsinin cavab oyununda “Barselona” klubu “Ayntraxt” ilə qarşılaşacaq.