“İkinci bazar günü” beynəlxalq usta norma və reytinq yarışı keçirilir - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Şahmat Mərkəzində “İkinci bazar günü” beynəlxalq usta norma və reytinq yarışına start verilib.
Yarış Azərbaycan və Naxçıvan Şahmat Federasiyasının, o cümlədən Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir. Dairəvi sistem üzrə 9 turdan ibarət olan beynəlxalq usta norma yarışında Azərbaycan, Türkiyə və İrandan olmaqla, ümumilikdə 10 şahmatçı mübarizə aparır.
İsveçrə sistemi üzrə təşkil olunan reytinq yarışında isə Bakı və Naxçıvan şahmatçılarından ibarət 46 idmançı iştirak edir.
Qeyd edək ki, beynəlxalq usta norma yarışı aprel ayının 15-nə, reytinq mübarizəsi isə 16-dək davam edəcək. Reytinq yarışında qalib olan şahmatçılara pul mükafatı veriləcək.
Azər Zeynalov