Naxçıvan idmançısı Azərbaycan çempionu olub

A- A A+

Ağır Atletika Akademiyasının yarış zalında keçirilən Azərbaycan çempionatında kişi və qadınlar arasında sinkler cədvəli üzrə mütləq qalib və mükafatçılar müəyyənləşib. Çempionatda Naxçıvan Muxtar Respublikası Atletika Federasiyası 3 idmançı ilə təmsil olunub.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, qadın idmançımız Gülcahan Əliyeva birdən qaldırmada 45 kq, təkanla qaldırmada 60 kq olmaqla, ümumilikdə 105  kiloqramın öhdəsindən gələrək qızıl medala, Babayev Tərmenxan Turan oğlu isə IV yerə layiq görülüblər.

Digər idmançı Babayev Həsən Elməddin oğlu yeniyetmə olmasına baxmayaraq kişilər arasında uğurlu nəticə göstərərək IV yerin qalibi olub.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda 100-dən çox idmançı medallar uğrunda mübarizə aparıb.

Turnirin keçirilməsində məqsəd ağırlıqqaldırma idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği, inkişafına dəstək verilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması, yarış təcrübəsinin zənginləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət yığma komandaların heyətinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlığın təmin olunmasıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: