Asiya Çempionlar Liqasında Çini təmsil edən “Şanghai Port” klubu turnirdə iştirakdan imtina edib.
NUHÇIXAN İnformasiya Agentliyi Asiya Futbol Federasiyasının saytına istinadla xəbər verir ki, buna klubun təmsil etdiyi şəhərə koronavirus səbəbindən tətbiq olunan karantin səbəb olub. Beləliklə, "Şanghai Port" koronavirusa görə turnirdə oynaya bilməyəcək ikinci Çin təmsilçisi olub. Bundan əvvəl "Çangçun Yatai" eyni səbəbdən bu addımı atmışdı.
Qeyd edək ki, “Şanghai Port” 2017-ci ildə Çempionlar Liqasının yarımfinal mərhələsinədək irəliləmişdi.