"Qarabağ"ın tarixi qolunun müəllifi 10 ildən sonra ölkəsinə qayıdıb

A- A A+

"Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike Türkiyə "Sivasspor"undan ayrılıb.

NUHÇIXAN İnformasiya Agentliyi klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək. 32 yaşlı vinger "İnternasyonal"la 2024-cü ilin yayınadək müqavilə imzalayıb.

Təcrübəli oyunçu bununla da 10 illik fasilədən sonra vətəninə qayıdıb.

Qeyd edək ki, 2017/2018 mövsümündə icarə əsasında "Qarabağ"da çıxış edən Pedro Enrike "köhlən atlar"ın UEFA Çempionlar Liqasının qrup mərhələsindəki ilk qolunun müəllifi olub. O, Bakıda İtaliya "Roma"sına 1:2 hesabı ilə uduzduqları II tur oyununda fərqlənib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: