Sabah Sofiyada gənc boksçular arasında Avropa birinciliyi start götürəcək

A- A A+

Aprelin 13-də Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa birinciliyi start götürəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yarışda Azərbaycan millisi oğlanların mübarizəsində tam heyətlə qüvvəsini sınayacaq.

Qitə birinciliyində ölkəmizi Kənan Babayev (48 kq), Amin Məmmədzadə (51 kq), Kamil Babayev (54 kq), Arif Bayramov (57 kq), Aslan Quliyev (60 kq), Zaur Qəhrəmanov (63,5 kq), Səid Abdullayev (67 kq), Daniel Xolostenko (71 kq), Ənvər Babayev (75 kq), Sərxan Budaqov (80 kq), Fətəli İsmayılov (86 kq), Məmməd Quliyev (92 kq) və Səbuhi Əlizadə (+92 kq) təmsil edəcəklər.

Avropa birinciliyi 10 gün davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: