Bu gün gənc boksçular arasında Avropa birinciliyi start götürür

A- A A+

Bu gün - aprelin 13-də Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa birinciliyi start götürür.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qitə birinciliyinə oğlanların mübarizəsində Azərbaycan millisi tam heyətlə qatılacaq.

Yarışda komandamızın üzvlərindən Kənan Babayev (48 kq), Amin Məmmədzadə (51 kq), Kamil Babayev (54 kq), Arif Bayramov (57 kq), Aslan Quliyev (60 kq), Zaur Qəhrəmanov (63,5 kq), Səid Abdullayev (67 kq), Daniel Xolostenko (71 kq), Ənvər Babayev (75 kq), Sərxan Budaqov (80 kq), Fətəli İsmayılov (86 kq), Məmməd Quliyev (92 kq) və Səbuhi Əlizadə (+92 kq) iştirak edəcəklər.

Avropa birinciliyi aprelin 22-dək davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: