Karlo Ançelotti Çempionlar Liqasında tarixi rekorda imza atıb

A- A A+

İspaniyanın "Real Madrid" klubunun baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, 63 yaşlı mütəxəssis buna turnirin yarımfinal mərhələsinə vəsiqə qazanmaqla nail olub.

Ançelotti ardıcıl 4 onillikdə bunu bacaran ilk baş məşqçi kimi tarixə düşüb. Təcrübəli mütəxəssis 1999-cu ildə İtaliyanın "Yuventus", 2003, 2005, 2006, 2007-ci illərdə "Milan", 2014 və 2015-ci illərdə "Real Madrid" komandası ilə yarımfinala yüksəlib.

O, qitənin bir nömrəli klub turnirində 8-ci dəfə bu raunda vəsiqə qazanmaqla Xosep Qvardiola və Joze Mourinyonun rekordunu da təkrarlayıb.

Qeyd edək ki, "Real Madrid" 1/4 final mərhələsində İngiltərə təmsilçisi "Çelsi"ni iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb - 5:4.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: