UEFA Qurban Qurbanovu 50 illik yubileyi münasibətilə təbrik edib

A- A A+

UEFA “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovu 50 illik yubileyi münasibətilə təbrik edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Avropa futbol qurumu bu barədə tviter hesabından video paylaşıb. UEFA təcrübəli mütəxəssisin uzun müddət “Qarabağ”a rəhbərlik etdiyini və Azərbaycan futbolunun canlı əfsanəsi olduğunu bildirib.

Q.Qurbanov 2008-ci ildən “Qarabağ” klubunun baş məşqçisidir. Onun rəhbərliyi dövründə “Qarabağ” 7 dəfə Azərbaycan çempionu, 4 dəfə ölkə kubokunun qalibi olub. Ağdam komandası daha böyük uğurlarına isə avrokuboklarda imza atıb. Ağdam təmsilçisi 2014/2015-ci il mövsümündən etibarən 6 dəfə Avropa Liqasının, həmçinin Çempionlar Liqası və Konfrans Liqasının qrup mərhələsinə yüksəlib. 2021/2022-ci il mövsümündə isə klub tarixində ilk dəfə qrup mərhələsini adlayan klub UEFA Konfrans Liqasının pley-offuna vəsiqə qazanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: