Gənclər Aprel döyüşlərinə həsr olunmuş filmlər izləyiblər - FOTOLAR

A- A A+

Dövlət gənclər siyasətinin mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi daim diqqət mərkəzindədir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Gənclik Mərkəzində ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və Heydər Əliyev adına Hərbi Liseyin kursantları üçün vətənpərvərlik mövzusunda film nümayiş etdirilib.

Gənclər onların vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyətə malik olan “Aprel döyüşləri tariximizin şanlı səhifəsidir” və Azərbaycan Respublikasının Milli Qəhrəmanı Şükür Həmidovun hərbi əməliyyatlar zamanı göstərdiyi şücaətdən bəhs edən “Aprel yüksəkliyi” sənədli filminə baxıblar.

Filmlərdə Aprel döyüşlərindən real kadrlar nümayiş etdirilib.

Leyla Cəfərzadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: