Aprelin 14-də futbol üzrə UEFA Avropa Liqasında dörddəbir final mərhələsinin cavab görüşlərinə start verilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, UEFA Avropa Liqasında yarımfinalın ilk iştirakçısı bəlli olub.
Dörddəbir final mərhələsinin cavab oyununda İtaliyada "Atalanta"nı 2:0 hesabı ilə məğlub edən Almaniyanın "Leyptsiq" klubu adını növbəti raunda yazdırıb. Qolları 18-ci və 87-ci dəqiqələrdə Kristofer Nkunku vurub. İlk görüşdə qalib müəyyənləşməmişdi - 1:1.
Bundesliqa təmsilçisi finala gedən yolda "Braqa" (Portuqaliya) - "Reyncers" (Şotlandiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Yarımfinal qarşılaşmaları aprelin 28-də və mayın 5-də olacaq.