"Real Madrid" klubu "Sevilya"nı məğlub edərək çempionluğa yaxınlaşıb

A- A A+

Aprelin 17-də futbol üzrə XXXII turun oyunlarına yekun vurulub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turun son oyunu "Roman Sançes-Pisxuan" stadionunda oynanılıb. "Sevilya" doğma azarkeşlər önündə lider "Real Madrid" komandasını qəbul edib.

Görüş madridlilərin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

"Real Madrid"in heyətində Rodriqo (50), Naço Fernandes (83), Kərim Benzema (90+2), "Sevilya"nın isə İvan Rakitiç (21) və Erik Lamela (25) fərqləniblər.

Bu qələbə sayəsində "Real Madrid" xal ehtiyatını 75-ə çatdıraraq liderliyini davam etdirir. Turnir cədvəlinin ikinci pilləsində 60 xalla "Barselona" yer alıb. Eyni xal toplayan "Sevilya" isə üçüncü yerdə qərarlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: