Pirlo Portuqaliya klubunun baş məşqçisi ola bilər

A- A A+

İtaliya "Yuventus"unun sabiq baş məşqçisi Andrea Pirlo Portuqaliyanın "Braqa" klubuna rəhbərlik edə bilər.

NUHÇIXAN İnformasiya Agentliyi "A Bola" nəşrinə istinadən xəbər verir ki, Braqa təmsilçisi cari mövsümün sonunda 43 yaşlı mütəxəssisə təklif göndərmək istəyir.

Pirlo 2020-ci ilin avqustundan növbəti ilin mayınadək Turin klubunun sükanı arxasında olub. Bu, gənc mütəxəssisin məşqçilik karyerasında ilk təcrübəsidir.

Qeyd edək ki, "Braqa" Portuqaliya çempionatında 29 oyundan sonra 55 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: