Naxçıvanda ilk dəfə gimnastika üzrə keçirilən çıxışlar maraqla qarşılanıb - FOTOLAR

A- A A+

Muxtar Respublikada ilk dəfə olaraq “İnnovativ dərnəklər” layihəsi əsasında məktəbdənkənar təhsil müəssisələrində yaradılan gimnastika dərnəkləri üzvlərinin bədii gimnastika üzrə birinciliyi keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası təhsil naziri, Atletika Federasiyasının sədri Rəhman Məmmədov və gənclər və idman naziri Ramil Hacı iştirak edib. Bildirilib ki, gənclərin idmana cəlb olunması xüsusilə, qızların bu sahəyə marağının artırılması nəticələrini verməkdədir. Təhsil müəssisələrində 12 idman növü üzrə 205 idman klubu yaradılıb ki, bunlardan 7-si gimnastika klubudur. Bu gün keçirilən tədbirin məqsədi də uşaq və yeniyetmələrin gimnastikaya marağını artırmaq, onların asudə vaxtlarını səmərəli təşkil etmək və xüsusi bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.

Çıxışlardan sonra dərnək üzvlərinin rəngarəng rəqsləri izlənilib. Bədii gimnastika açıq birinciliyinin şərtlərinə əsasən 73 gimnast fərdi və qrup şəklində yarışıblar. Dərnək üzvləri  “Şən qızlar”, “Gəlincik”, “Ümid”, “Balaca idmançılar”, “Dostluq çələngi” adlı  bədii kompozisiyalar  və muxtəlif rəqs nömrələri ilə çıxış ediblər.  Yekun nəticələrə əsasən müsabiqədə hərəkətləri düzgün icra edən iştirakçılar qalib elan olunub.

Qalib idmançılar və məşqçi müəllimlər diplom və hədiyyələrlə mükafatlandırılıblar.

                                              Əli İbrahimbəyli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: