Olimpiya kateqoriyalı hakim Naxçıvanda seminar keçib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə  nazirlik və Naxçıvan Güləş Federasiyasının birgə  təşkilatçılığı ilə keçirilən  seminar nəzəri və praktiki olmaqla iki mərhələdən ibarət olub. Öncə hakim və məşqçilərin iştirakı ilə  Naxçıvan Şəhər Uşaq-gənclər idman məktəbində güləşdə tətbiq olunan yeni qaydaların təsviri və analizi diqqətə çatdırılıb. 

Federasiyanın sədr müavini Faiq İsgəndərov seminara rəhbərlik edən olimpiya kateqoriyalı güləş hakimi Asif Şirəliyevi iştirakçılara təqdim edib, görüşün məqsəd və əhəmiyyəti barədə danışıb. Asif Şirəliyev qeyd edib ki, Dünya Güləş Birliyinin bu növdə tətbiq olunan bir sıra qaydaları yeniləməsi və əlavələr etməsi yarışlar zamanı istər idmançı, istərsə də hakim və məşqçilərin daha diqqətli olmasını şərtləndirir. Bu baxımdan yeniliklərin öyrənilməsi və tətbiqi vacibdir.

Çıxışların ardınca nüfuzlu güləş yarışlarını əks etdirən videogörüntülər vasitəsilə mübahisəli məqamlar şərh olunub, iştirakçılarla diskussiya xarakterli fikir mübadiləsi aparılıb. Seminarın İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşan ikinci mərhələsində isə qaydaların təfsiri güləş xalçası üzərində praktiki şəkildə həyata keçirilib və iştirakçıların sırasına idmançılar da qoşulub.  Gənclər və idman naziri Ramil Hacı seminarın gedişatını izləyib

Qeyd edək ki, muxtar respublikada təcrübəli idman mütəxəssislərinin iştirakı ilə seminar, kurs və ustad dərslərinin keçirilməsində məqsəd məşqçi-müəllim, idmançı və hakimlərin yeni bilik və təcrübələrə yiyələnməsi, o cümlədən idman növlərində tədbiq olunan yeni qaydalar barədə məlumatlandırılmasıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: