Avropa çempionatı: Azərbaycan boksçusu medalı təmin edib

A- A A+

Azərbaycan idmançısı Kənan Babayev Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında keçirilən Avropa birinciliyində növbəti döyüşünü keçirib.

Federasiyanın Mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, 48 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda Gürcüstanı təmsil edən Oruc Əhmədovla qarşılaşıb.

İlk görüşündə türkiyəli Telet Yağlını mübarizədən kənarlaşdıran boksçu ikinci döyüşündə də qələbə qazanıb. Babayev rəqibinə 5:0 (29:28, 30:27, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gəlib.

Azərbaycan çempionu bu qələbə sayəsində yarımfinala yüksəlməklə yanaşı, ən azı bürünc medalı da təmin edib. O, aprelin 20-də yarımfinal qarşılaşmasında irlandiyalı Tedi Coysla münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, yarışda Azərbaycanın daha 2 boksçusu 1/4 final döyüşünə çıxacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: