Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə cüdoçular arasında Avropa çempionatı davam edir.
NUHÇIXAN xəbər verir ki, çempionatın ikinci günündə - sentyabrın 14-də Azərbaycan millisi 1 medal qazanıb.
Turnirdə 81 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Murad Fətiyev çempionatın bürünc medalına sahib olub.
Turnirin ilk günündə Azərbaycan millisi 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edib.
Qeyd edək ki, sentyabrın 16-dək davam edəcək çempionatda 42 ölkədən 400-dən çox cüdoçu birincilik uğrunda mübarizə aparır.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.