Türkiyə Kuboku: "Trabzonspor" ilk yarımfinal oyununda qələbə qazanıb

A- A A+

Türkiyə Kubokunda yarımfinal mərhələsinin ilk oyunu keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, "Medical Park" stadionunda "Trabzonspor" "Kayserispor"u qəbul edib.

Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 87-ci dəqiqədə Andreas Kornelius vurub.

Digər yarımfinalda "Alanyaspor" "Sivasspor"u qəbul edəcək. Oyun aprelin 20-də olacaq.

Qeyd edək ki, cavab görüşləri 10-11 mayda gerçəkləşəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: