Futbol üzrə İngiltərə Premyer Liqasına vəsiqə qazanan ilk komandanın adına aydınlıq gəlib. Bu mövsüm Çempionşipdə mübarizə aparan “Fulhem” növbəti mövsümdən Premyer Liqada çıxış edəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Londonun ən qədim komandası Çempionşipin 43-cü turunda doğma meydanda “Preston”u 3:0 hesabı ilə məğlub edib. Bu qələbə sayəsində xallarını 86-ya çatdıran “Fulhem” birinci pillədə möhkəmlənib və 73 xalla 3-cü yerdə gedən “Haddersfild” üçün əlçatmaz olub.
“Fulhem” Premyer Liqanı 2020/2021-ci il mövsümündə 18-ci yeri tutaraq tərk etmişdi.
İyirmi dörd komandanın mübarizə apardığı Çempionşip 46 turdan ibarətdir.