Poliatlon çoxnövçülüyü üzrə muxtar respublika birinciliyi keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə muxtar respublika birinciliyi keçirilib.

Yarışda məqsəd çağırışyaşlı və çağırışaqədərki gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi, orduda xidmət etməsi üçün fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi olub. Birincilikdə iştirakçılar poliatlon beşnövçülük proqramına uyğun olaraq 100 metr qaçış, 2000 metr kross, pnevmatik tüfəngdən atıcılıq, turnikdə dartınma və qumbara atma növləri üzrə güclərini sınayıblar. Yekunda “Ordubad” komandası rəqiblərini geridə qoyaraq I yerin sahibi olub. “Şərur” komandası II, “Şahbuz” komandası isə III pillədə qərarlaşıb.

Birinciliyin sonunda  yer tutan komandalara təşkilatçıların diplom, fəxri fərman və kubokları təqdim olunub.

                                                                                    Azər Zeynalov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: