İngiltərə Premyer Liqası: 33-cü turun növbəti oyunları keçirilib

A- A A+

Aprelin 20-də futbol üzrə İngiltərə Premyer Liqasının 33-cü turunun növbəti oyunları keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turun ikinci oyun günündə dörd qarşılaşma oynanılıb.

Turun mərkəzi qarşılaşması Londondakı "Stemford Bric" stadionunda baş tutub.

Məhsuldar keçən görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 4:2.

Hesabı 13-cü dəqiqədə "Arsenal"ın futbolçusu Eddi Nketia açıb. Matçın 17-ci dəqiqəsində Timo Verner bərabərlik qolunu vursa da, 27-ci dəqiqəsində Emil Smit-Rou yenidən qonaqları önə keçirib. Qarşılaşmanın 32-ci dəqiqəsində Sesar Aspilikueta bir daha hesabı bərabərləşdirib. Lakin Nketia 57-ci, Bukayo Saka isə penaltidən 90+2-ci dəqiqədə fərqlənərək, yekun nəticəni müəyyənləşdirib.

Bununla da "Çelsi" 31 oyundan 62 xalla 3-cü, "Arsenal" isə 32 görüşdən 57 xalla 5-ci pillədə qərarlaşıb.

"Enfild" stadionunda ikinci pillədə qərarlaşan "Liverpul" klubu "Mançester Yunayted" komandasını qəbul edib.

Qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.

Qolları Luis Dias 5-ci, Məhəmməd Salah 22-ci və 85-ci, Sadio Mane 68-ci dəqiqədə vurub.

"Liverpul" ilk dövrədə də "Mançester Yunayted"i darmadağın etmişdi - 5:0.

Hazırda mersisaydlılar 32 oyundan 76 xalla 1-ci pillədə qərarlaşıb. Ehtiyatda bir oyunu olan "Mançester Siti" 74 xalla ikinci yerdə gedir. "Mançester Yunayted" isə 33 matçdan 54 xalla 6-cıdır.

Lider "Mançester Siti" doğma azarkeşlər önündə "Brayton" komandasını qəbul edib. Pep Qvardiolanın yetirmələri evdə inamlı qələbə qazanıb - 3:0. Qolları Riyad Mahrez (53), Fil Foden (65) və Bernardo Silva (83) vurub. Bu qələbə sayəsində Mançester təmsilçisi aktivinə 77 xal yazdıraraq liderliyini davam etdirir. "Brayton" isə 40 xalla onuncu yerdə qərarlaşıb.

Günün digər görüşlərində "Nyukasl Yunayted" öz meydanında "Kristal Palas"dan üstün olub - 1:0. "Everton" - "Lester Siti" oyununda isə qalib müəyyənləşməyib - 1:1.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: