Yunan-Roma güləşi üzrə 17 yaşadək idmançılar arasında Azərbaycan çempionatı davam edir.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, yarışın üçüncü günündə 45, 51, 60, 71 və 92 kiloqram çəki dərəcələrində qalib və mükafatçılar müəyyənləşib. Belə ki, Hüseyn Savadov (45 kq, Gəncə), Vədat Qasımlı (51 kq, Beyləqan), Məhəmməd Qasımzadə (60 kq, UGİM-2), Davud Məmmədov (71 kq, FHN), Mikayıl İsmayılov (92 kq, MOİK) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar.
Yarışlara aprelin 22-də yekun vurulacaq.