"Barselona"nın futbolçusu Ronaldo və İbrahimoviçin uğurunu təkrarlayıb

A- A A+

İspaniyanın "Barselona" klubunun futbolçusu Pyer-Emerik Obameyanq yeni uğura imza atıb.

NUHÇIXAN İnformasiya Agentliyi "Squawka" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı hücumçu buna səfərdə "Real Sosyedad"a 1:0 hesabı ilə qalib gəldikləri La Liqanın XXXIII tur oyununda nail olub.

Görüşdə yeganə qolun müəllifi olan təcrübəli forvard İspaniya çempionatında meydana çıxdığı 11-ci matçında 9 dəfə fərqlənib.

Qabonlu oyunçu Kataloniya təmsilçisinin sabiq futbolçuları braziliyalı Romario (1993), Ronaldo (1996) və isveçli Zlatan İbrahimoviçin (2010) nailiyyətlərini təkrarlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: