Formula 1-də mövsümün dördüncü yarışı İtaliyada keçiriləcək

A- A A+

Formula 1 üzrə dünya çempionatında mövsümün dördüncü yarışı İtaliyanın ev sahibliyi ilə keçiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Emiliya-Romanya Qran Prisində aprelin 22-23-də sərbəst yürüşlər və təsnifat mərhələsi olacaq. Aprelin 24-də isə yarış start götürəcək.

Yarış İtaliyanın İmola şəhəri ilə eyni adı daşıyan 4909 metrlik trasda 63 dövrədən ibarət olacaq.

Qeyd edək ki, bu mövsümdə “Ferrari”nin pilotu Şarl Lekler iki dəfə, “Red Bull” komandasının pilotu Maks Ferstappen isə bir dəfə podiumun ən yüksək pilləsinə qalxıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: