Suqovuşanda “Prezident kuboku” yarışına start veriləcək

A- A A+

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası işğaldan azad olunan torpaqlarımızda ilk beynəlxalq idman yarışı təşkil edəcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, ümumilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən “Prezident kuboku” reaqatasının ilk gününün yarışları mayın 6-da Tərtər rayonunun Suqovuşan qəsəbəsində baş tutacaq.

Növbəti gün - mayın 7-də isə yarış Mingəçevirdə davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: