UEFA-nın Konfrans Liqasının yarımfinal oyunlarında VAR sistemindən istifadə edəcəyi dəqiqləşib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Bundan əvvəl yalnız finalda bu texnologiyadan istifadə planlaşdırılırdı.
Qeyd edək ki, Konfrans Liqasının yarımfinalında “Lester" “Roma” ilə, “Feyenoord” isə "Marsel”lə qarşılaşacaq. Yarımfinal mərhələsinin ilk oyunları aprelin 27-28-də, cavab qarşılaşmaları isə mayın 4-5-də keçiriləcək.