Voleybol üzrə Azərbaycan millisi Bakıda Rusiya klubuna qalib gəlib

A- A A+

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi dünya çempionatına hazırlığı Bakıda davam etdirir.

NUHÇIXAN xəbər verir ki, millimiz Bakı toplanışı çərçivəsində Azərbaycan Voleybol Mərkəzində Rusiyanın “Dinamo Krasnodar” klubu ilə yoxlama oyunu keçirib. Görüş yığmamızın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimiz toplanış çərçivəsində Rusiyanın digər klubu “Uraloçka” ilə yoxlama oyununda da gücünü sınayacaq.

Qeyd edək ki, dünya çempionatı sentyabrın 29-dan oktyabrın 20-dək Yaponiyada təşkil olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: