Aprelin 24-də futbol üzrə İngiltərə Premyer Liqasının 34-cü turun növbəti oyunları keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, çempionluğa iddialı "Liverpul" klubu öz meydanında “Everton” komandasını qəbul edib.
“Enfild” stadionunda baş tutan görüş meydan sahiblərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Mersissayd təmsilçisinin heyətində Endrü Robertson (62) və Divok Origi (85) fərqləniblər.
Bu qələbə sayəsində “Liverpul” xal ehtiyatını 79-a çatdıraraq ikinci pillədəki yerini qoruyub. Bir xal az toplayan “Mançester Siti” birinci yerdədir. “Everton” isə 29 xalla 18-ci yerdə qərarlaşıb.
Günün digər görüşündə “Çelsi” komandası öz meydanında cari mövsüm yaxşı oyun sərgiləyən “Vest Hem Yunayted” komandasını qəbul edib. Gərgin keçən görüşdə meydan sahibləri minimal hesabla (1:0) qələbə qazanıb. Oyunda yeganə qolu son dəqqiqədə Kristian Pulişiç vurub. “Çelsi” 65 xalla üçüncü, “Vest Hem Yunayted” isə 52 xalla yeddinci yerdə qərarlaşıb.
Turun digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb:
“Brayton” – “Southemton” - 2:2;
“Börnli” – “Volverhemton” - 1:0;
“Arsenal” – “Mançester Yunayted” - 3:1;
“Lester Siti” – “Aston Villa” - 0:0;
“Mançester Siti” – “Votford” - 5:1;
“Norviç Siti” – “Nyukasl Yunayted” - 0:3;
“Brentford”- “Tottenhem” - 0:0.