İyirmi iki yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan millisinin “Avro-2022”də rəqibləri bəlli olub

A- A A+

İyirmi iki yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan millisinin “Avro-2022”də rəqibləri bəlli olub.

NUHÇIXAN İnformasiya Agentliyi Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, ikinci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq yığmamız Kosova, Niderland və Slovakiya ilə birgə E qrupunda gücünü yoxlayacaq.

Eldar Əliyevin baş məşqçisi olduğu komanda ilk matçını mayın 20-də Kosova millisinə qarşı keçirəcək. Voleybolçularımız ertəsi gün Niderlandla, mayın 22-də isə Slovakiya ilə üz üzə gələcəklər. Komandamızın oyunları Bakı vaxtı ilə 21:00-da başlayacaq. Görüşlərə Kosova ev sahibliyi edəcək.

Qeyd edək ki, təsnifat mərhələsində 21 komanda 6 qrupda qüvvəsini sınayacaq. Qrup qalibləri və ən yaxşı ikinci yerin sahibi final mərhələsinə vəsiqə qazanacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: