“Liverpul” klubunun qol silahlarından Sadio Mane Didye Droqbanın rekordunu yeniləyib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Mane UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda “Vilyarreal” ilə oyunda fərqlənməklə turnirdə qollarının sayını 14-ə çatdırıb. Belə ki, daha əvvəl afrikalı futbolçular arasında Avropanın nüfuzlu klub turnirində ən çox qol vuran D.Droqba idi - 14.
“Enfild” stadionunda keçirilən oyunda “Liverpul” rəqibini 2:0 hesabı ilə məğlub edib.
Mane 2016-cı ildən İngiltərə təmsilçisində çıxış edir. Futbolçunun klubu ilə müqaviləsi 2023-cü ilədək nəzərdə tutulub.