Şəhriyar Məmmədyarov “Oslo Esports Cup” turnirində növbəti görüşünü Maqnus Karlsenlə keçirəcək

A- A A+

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Oslo Esports Cup” turnirində növbəti görüşünü keçirəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, şahmatçımız yeddinci turda hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenlə üz-üzə gələcək.

Qeyd edək ki, Ş.Məmmədyarov ötən turda niderlandlı Yorden Van Forest üzərində qələbə qazanıb. Bu, onun turnirdə ardıcıl ikinci qələbəsidir. Təmsilçimiz beşinci turda bu ölkənin digər şahmatçısı Aniş Giriyə qalib gəlib. Şəhriyar Məmmədyarov hazırda 8 xalla altıncı yerdə qərarlaşıb.

Xatırladaq ki, turnirin mükafat fondu 210 min ABŞ dolları təşkil edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: