UEFA Konfrans Liqası: “Roma” səfərdə “Lester Siti”nin qonağı olacaq

A- A A+

Aprelin 28-də UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Turnirin pley-off mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran Fransanın “Marsel” klubu Niderlandda “Feyenoord” ilə üz-üzə gələcək. Gecənin digər matçında İtaliyanın “Roma” klubu İngiltərədə “Lester Siti”in qonağı olacaq.

Qeyd edək ki, turnirin final görüşü mayın 25-də Albaniyanın paytaxtı Tiranada oynanılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: